Möhür
İsrafilin surun kimdi gözləyən? Bir qığılcım, bir də şeypur yeridir... Vətəni sevməyi öyrətmək olmur, Bu, qan yaddaşıdır, şüur yeridir. Bitəcək rəzalət, bitəcək həsrət, Qalxar Savalandan üç tonqal əlbət. Hanı Xətainin cızdığı sərhəd? Sorub, sual etmək qüsur yeridir. Tərs dönər qılıncı bir gün zamanın, Səbri tükənəndi axı insanın. Nə şimal, nə cənub, Azərbaycanın Araz imzasında möhür yeridir.

